AZ

Tesla-nın robotu fabrikdə işləməyə başladı

Tesla bir neçə il əvvəl təşkil etdiyi süni intellekt günündə insanabənzər robotu Optimusu təqdim edib. Tesla Optimus o vaxtdan bəri hazırlanmış və süni intellektlə inteqrasiya edilib. Şirkətin X hesabından paylaşılan videoda insanabənzər robotun fabrikdə işlədiyi görülüb.

News24.az xəbər verir ki, Tesla Optimus Teslanın fabrikində akkumulyator elementlərini yerləşdirmək kimi sadə işləri görə bilir. “Tesla” və “SpaceX” şirkətlərinin baş direktoru İlon Maskın sözlərinə görə, robot bütün bu vəzifələri təkbaşına, yəni tam avtonom şəkildə, insan köməyi olmadan yerinə yetirə bilər.

Başındakı kamera vasitəsilə insanabənzər robot Optimusun nə etdiyini də görmək mümkündür. Robot qarşısındakı qutuda akkumulyator hüceyrələrini uğurla sıralaya bilir. Optimus bunu etmək üçün uç-uca neyron şəbəkələrindən istifadə edir.

Eyni zamanda ikiölçülü kameralar, tekstil sensorları və güc sensorları eyni vaxtda işləyir. Alınan məlumatlar arasında Optimusun təlim keçdiyi fabrikdə daha az insan müdaxiləsi ilə işləməsi və tək başına daha uzun gəzintilər edə bilməsi də var.

Optimus, zamanı gələndə insanların yerinə fabrikdə çalışaraq insan vəzifələrini yerinə yetirmək və işçi qüvvəsini artırmaq üçün nəzərdə tutulmuş bir robotdur. Gələcəkdə satışa çıxarılması planlaşdırılan bu robotun evlərimizə girəcəyi düşünülür. İlon Mask bu robotun 2025-ci ildə satışa çıxarılacağını desə də, robotun daha da inkişaf etdirilməsinə ehtiyac olduğu görünür.

Tesla-nın insanabənzər robotu Optimus haqqında nə düşünürsünüz? 

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla