AZ

Ərdoğan Haniyə ilə danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefonla danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilir ki, telefon danışığı zamanı Qəzzada qarşıdurmalara və zorakılığa son qoymaq səyləri müzakirə edilib:
“Bizim Nazirlər Kabinetinin iclasından əvvəl HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığımız olub.
Cənab Haniyə ilə görüşümüzdə Qəzzada qarşıdurmalara və zorakılığa son qoymaq üçün göstərilən səyləri müzakirə etdik.
HƏMAS-ın vasitəçilərdən aldığı atəşkəs təklifini bəyənməsini qiymətləndirdik.
Türkiyənin təklifləri əsasında HƏMAS-ın qərarını müsbət qiymətləndirdiyimizi ifadə etdiyim görüşdə İsrailin daimi atəşkəs üçün addımlar atması lazım olduğunu da vurğuladıq.
Bütün tərəfləri, xüsusən də Qərb dövlətlərini atəşkəs üçün İsrailə lazımi təzyiq göstərməyə çağırıram”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla