AZ

İqor Rodriqes: "Ötürməni düşünərək verdim" - Açıqlama

“Kəpəz”in qolkiperi, Premyer Liqanın 33-cü turunun “Sumqayıt”la görüşündə (1:1) məhsuldar ötürmə ilə yadda qalan İqor Rodriqes apasport.az saytına açıqlama verib.

Portuqaliyalı qolkiper son dəqiqələrdə hücuma çıxaraq baş zərbəsi ilə ötürmə verməsini şərh edib və “Sumqayıt”dan bir xal almaqları haqda danışıb:

“Sumqayıt”a qarşı matç gərgin keçdi. Mövqeyimizi qorumaq üçün həqiqətən qələbə qazanmaq istəyirdik və buna görə də oyun bitən kimi emosiyalarımız üzə çıxdı. Amma düşünürəm ki, yaxşı oyun oldu. Yaxşı komandaya qarşı oynadıq və buna uyğun çıxış etdik, əzmkarlığımız bizə xal verdi. Künc zərbəsi zamanı başla məhsuldar ötürmə verməyimə gəlincə, bəli, karyeramda etdiyim ilk assist idi. Açığı, həmin anda yalnız ötürmə verməyi düşünürdüm. Çünki fikirləşdim ki, mövqeyim qol vurmaq üçün ideal deyil və topu qapı önünə ötürsəm, kimsə buna ayaq qoya bilər. Belə vəziyyətdə heç-heçə etmək çox sevindirici idi. Xüsusən də əlavə vaxtda. Komandaya kömək etmək məni çox sevindirdi. Premyer Liqada qalmağa layiq olduğumuzu deyə bilərəm, mövsümə yaxşı başlamasaq da, bunun üçün çalışdıq. Bu gün biz komanda olaraq daha inamlıyıq, daha birləşmişik və bu, bizi daha yaxşı performans göstərməyə vadar edir”.

Rodriqes Premyer Liqanın 34-cü turu çərçivəsində “Neftçi”yə qarşı oynamayacağı haqda isə bunları deyib:

“Neftçi”yə qarşı matçda oynamamaq mənim üçün kədərlidir. “Kəpəz”i mümkün qədər çox oyunlarda təmsil etmək istərdim, amma təəssüf ki, bu qərar mənim deyil, bunu qəbul etməliyəm və əminəm ki, biz gözəl çıxış edəcəyik və bütün mövqelər yaxşı təmsil olunacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla