AZ

“İndiki nəticəni uğurlu hesab edirik“

Misli premyer-liqasının 33-cü turunda “Səbail" “Qəbələ”yə öz meydanında 2:3 hesabı ilə məğlub olub.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Deyiləcək bir söz yoxdu. Oyuna yaxşı hazırlaşmışdıq, amma istədiyimiz kimi alınmadı. Bəlkə də, mövsümün ən zəif oyununu oynadıq. "Qəbələ" daha istəkli idi. Əslində, əskinə olmalıydı, şanslarımız qalmalıydı. Bu gün artıq avrokubok şansı yoxdu. Futbolda hər şey olur, qəbul etmək lazımdı. Yolumuza davam edəcəyik. "Qəbələ"ni təbrik edirəm. İstədiyimi isə ala bilmədim.”


- İkinci pillədə qalmaq çətindi demişdiz. İşinizi çətinləşdirən nə oldu?
- Yeni komandayıq, futbolçular ilk dəfə idi bir yerdə idilər. Ənənə, stabillik olmalıdı. Bəzi yerlərdə güclənməyə ehtiyacımız var. Gələcəyə baxış üçün yaxşı komandamız var. Komanda 90 faiz dəyişdi, zədəlilərimiz oldu. Səhvi özümüzdə axtarmalıyıq. Altıncı yerdəyik, liqadan düşmürük. Gördüyümüz odur ki, komandanın yeni olması bu problemləri artırdı.

- "Səbail" son illərdə 9-10-cu yerlərdə olub. Demək olar ki, komanda olaraq psixoloji cəhətdən autsayder ruhundan çıxa bilməmisiz?
- Stabilliyin olmaması bu yerə gətirib çıxardı. İndiki nəticəni uğurlu hesab edirik. Altılıqda qalsaq, məqsədimizə çatarıq. Avrokubok şansımız var idi. Üzgünük. Ancaq məqsəd mövsümü altıncı yerdə bitirməkdi. Gələn il avrokubok zonasına oynaya bilərik. Biz lazımi oyunlarda özümüzü kökləyə bilmədik.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
6
Mənbələr
Şərh ()
Bağla