AZ

Pəhriz, yoxsa sağlam qida?

Uzunmüddətli pəhriz sağlamlığa mənfi təsir göstərə bilər. Xüsusilə axşam yeməyindən imtina narahatlıq yaradar. Gecə saatlarında yeyilsə belə, kökəltməyən və narahatlıq yaratmayan qidalar çoxdur:

Pendirin kiçik bir hissəsi, təxminən, 100 kaloridir. Amma tərkibindəki triptofan, zülal və kazein çoxlu həzz və fayda gətirir. 

Üzüm melatoninlə zəngin olduğundan yuxu üçün əhəmiyyətlidir.

Hindquşu əti daha doyumlu yemək axtaranlar üçün əsl triptofan və sağlam zülal mənbəyi olduğuna görə, onu tövsiyə etmək olar. 

Humus yeməyinin əsasını noxud təşkil edir. B6 vitamini ilə zəngindir və serotonin sintezi üçün vacibdir. 

Qarğıdalını gecə qəlyanaltı kimi konservləşdirilmişin əvəzinə, qaynadılmışını seçmək daha yaxşıdır. 

Balıq gecə yemək yeyənlər üçün əla seçimdir. Tərkibindəki Omeqa-3 yağ turşuları  orqanizm üçün faydalıdır. Balıqdakı zülal maddələr mübadiləsinı sürətləndirir.

Z.HÜSEYNLİ
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla