AZ

Bayden: “Rəfah əməliyyatı 1 milyondan çox fələstinlinin həyatını riskə atacaq”

ABŞ-nin Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında teıefon danışıı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bayden telefon danışığı zamanı bildirib ki, Rəfah əməliyyatı potensial olaraq 1 milyondan çox fələstinlinin həyatını riskə atacaq.

Qeyd edək ki, İsrail gün ərzində Rəfah bölgəsində 50-dən çox hədəfə hücum edib və sakinləri təxliyə etməyə çağırıb. İsrail ordusu quru əməliyyatı üçün hazırlıqların davam etdiyini bildirib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla