AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 245 Bakı şəhəri, 3 may 2024-cü il

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi  qərarlarında dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126 (Cild I); 2024, № 1, maddə 122) ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddə, 1.2.3–1.2.6-cı yarımbəndlərdə, 2.1–2.2-1-ci, 2.7-ci, 3.4-cü, 4.1-ci bəndlərdə, 4.1.3-1-ci yarımbənddə, 4.2-ci, 4.3-cü, 4.3-1-ci bəndlərdə “bank” sözü “ödəniş” sözü ilə əvəz edilsin;

1.2. Qaydalara 1, 2 və 3 nömrəli əlavələrdə “Bank” sözü “Ödəniş hesabının” sözləri ilə əvəz edilsin və “bank” sözündən sonra “və ya digər ödəniş” sözləri əlavə edilsin;

1.3. Qaydalara 1, 2, 3, 4 və 5 nömrəli əlavələrə “bankın” sözündən sonra “və digər ödəniş xidməti təchizatçısının” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 62 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 aprel tarixli 221 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nın 4.5.5-ci yarımbəndinə, 4.10.7-ci yarımbəndinin 5-ci abzasına (hər iki halda) “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla