AZ

İsrail HƏMAS-ın atəşkəs razılığına belə cavab verdi

İsrail hökuməti yekdilliklə Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatların davam etdirilməsi barədə qərar qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

“İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovlarımızın azad edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaq üçün Rəfah əməliyyatını davam etdirəcək”, - bəyanatda bildirilir.

Eyni zamanda, İsrail Qəzza ilə bağlı danışıqları davam etdirmək üçün Qahirəyə nümayəndə heyəti göndərmək niyyətini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
10
Mənbələr
Şərh ()
Bağla