AZ

ABŞ Putinin andiçmə mərasiminə nümayəndə GÖNDƏRMƏYƏCƏK

“ABŞ Rusiyadakı seçkilərin demokratik və ədalətli olduğuna inanmır, lakin Vladimir Putin istənilən halda prezident olmağa davam edəcək".

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.

Miller Rusiyadakı səfirin hazırda Moskvadan kənarda olması səbəbindən ABŞ-nin Putinin “inaqurasiya mərasiminə” səfirlik nümayəndəsi göndərib-göndərməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Xeyr, bizim nümayəndəmiz onun andiçmə mərasimində olmayacaq”.
Bununla belə, o, Vaşinqtonun Vladimir Putini Rusiya prezidenti kimi tanımağa davam edəcəyi ilə bağlı əvvəlki mövqeyini təsdiqləyib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla