AZ

Mayın 6-da rusların Ukraynadakı itkiləri - yeni məlumatlar..?

...Baş Qərargahın məlumatına görə, Müdafiə Qüvvələrinin aviasiyası Rusiya şəxsi heyətinin cəmləşdiyi 11 əraziyə zərbələr endirib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, raket qüvvələrinin bölmələriRusiyanın 1 artilleriya silahını, hava hücumundan müdafiə qüvvələri isə 1 ədəd X-59 idarəolunan təyyarə raketini məhv edib.

Bu arada, Rusiya qoşunları da Ukrayna hərbçilərinin mövqelərinə və yaşayış məntəqələrinə 2 raket və 69 hava zərbəsi endirib.

Belə ki, çoxsaylı reaktiv raket sistemlərindən (MLRS) 52 hücum həyata keçirilib.

...Rusiyanın terror aktları nəticəsində, təəssüf ki, dinc əhali arasında da yaralananlar var. Çoxmərtəbəli və fərdi yaşayış evləri, eləcə də digər infrastrukturlar dağıdılıb və zədələnib.

Bu arada Ukrayna saytlarının yazdığına görə,Rusiyanın Ukraynadakı ümumi döyüş itkiləri mayın 6-da səhərə olan məlumata görə, şərti olaraq 475,3 min nəfər təşkil edib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla