AZ

Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb

ABŞ Latın Amerikası regionunu hərbiləşdirir və Ukraynanı Rusiyaya qarşı hazırlaşdığı kimi Qayananı Venesuelaya hücuma hazırlayır.

NOCOMMENT.az xəbər verir ki, bunu respublika prezidenti Nikolas Maduro deyib.

Maduro ölkənin müdafiə naziri Vladimir Padrino Lopez ilə söhbətində Qayananın Latın Amerikası regionunda və Venesuelada sülh üçün təhlükənin episentrinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, MKİ-nin 12 bazası və ABŞ Cənub Komandanlığının 14 məxfi bazası Qayanada yerləşdirilib. Dövlət başçısı bunun sübutunu “vaxtında” təqdim edəcəyinə söz verib.

Onun sözlərinə görə, Birləşmiş Ştatların rəhbərliyi Ukraynanı Rusiyaya qarşı qızışdırdığı kimi, indi də Qayananı Venesuelaya hücuma hazırlayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
42
Mənbələr
Şərh ()
Bağla