AZ

“Qarabağ”a qarşı oynamış 7 futbolçu simvolik komandaya düşdü

Bundesliqanın simvolik komandası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, simvolik komandanı “EA Sports FC24” futbol simulyatoru müəyyənləşdirib.

Komandaya beş klubun nümayəndələri daxil olub. Ən çox oyunçu “Bayer”indir – 7.

“Bayer”: Ceremi Frimponq, Florian Virts, Aleks Qrimaldo, Conatan Ta, Viktor Bonifas, Qranit Caka, Edmond Tapsoba.

“Bavariya”: Harri Keyn, Camal Musiala, Leon Qoretska, Dayot Upamekano, Alfonso Deyvis, Kinqsli Koman.

“Borussiya”: Qreqor Kobel, Niko Şlotterbek, Donyell Malen, Marko Roys, Ceydon Sanço, Kərim Adeyemi.

“Ştutqart”: Seru Girassi, Valdemar Anton.

“RB Leipziq”: Javi Simons, Lois Openda.

“Qarabağ” Avropa Liqasının 1/8 finalında məhz “Bayer”ə məğlub olaraq mübarizəni dayandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
Mənbələr
Şərh ()
Bağla