- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Cənubi Koreya çempionatında 11-ci turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun da formasını geyindiyi “Daejeon” səfərdə “Qvanqyu” ilə qarşılaşıb. Görüşdə meydan sahibləri qələbə qazanıblar - 2: 1.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sondək oynayıb. Komandasının yeganə qolunu da 15-ci dəqiqədə Krivotsyuk vurub.
Qeyd edək ki, “Daejeon” hazırda 10 xalla 11-ci pillədə qərarlaşıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.