AZ

Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO

Gürcüstanın Batumi şəhərində “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən genişmiqyaslı yürüş iştirakçıları hakimiyyəti Gürcüstanın Avropa yolundan dönməməyə çağırıb. Aksiyada Batumi Teatrının aktyorları da iştirak edib və bildiriblər ki, rəhbərlik onları etiraz aksiyalarında iştiraka görə müqavilələrinə xitam verməklə hədələyib.
 
Moderator.az xəbər verir ki, bu haqda “Kavkazskiy uzel” nəşri məlumat yayıb.
 
“Pirveli”li agentliyinin məlumatına görə, Batumidəki genişmiqyaslı yürüş universitetdən başlayıb. İnsanlar “Güc birlikdədir!” şüarları səsləndirərək şəhərin küçələri ilə hərəkət ediblər.
 
Yürüşdən videonu “Adjara TV” yayımlayıb. Aksiyada gənclər və tələbələr iştirak ediblər. Onların əllərində Gürcüstanın və Avropa Birliyinin böyük bayraqları olub.
 
Yürüşə eyni zamanda Batumi teatrının aktyorları da qoşulub. Onlar bildiriblər ki, rəhbərlik etiraz aksiyalarında iştiraka görə müqavilələrini ləğv etməklə hədələyib, lakin onlar yenə də aksiyalarda iştirak ediblər. 
 
Xatırladılır ki, Gürcüstanda rusiyayönlü sayılan “Xarici agentlər haqqında” qanuna qarşı kütləvi etirazlar davam edir. Mayın 4-də 60 qeyri-kommersiya təşkilatı gürcü diplomatlarını Avropa kursuna sadiq qalmağa və xarici agentlər haqqında qanunla bağlı mövqeyini bildirməyə çağırıb.

 

S.Laçın
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla