AZ

Qətər atəşkəs danışıqları üçün Misirə nümayəndə heyəti göndərir

Qətər Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı Həmas və İsrail arasında danışıqlara yenidən başlamaq üçün bu gün Misirin paytaxtı Qahirəyə bir nümayəndə heyəti göndərəcəyini açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
 
Həmçinin HƏMAS-ın cavabını \"müsbət\" olaraq qiymətləndirən Ənsari, \"Qətər heyəti vasitəçilər vasitəsilə dolayı danışıqlara yenidən başlamaq üçün çərşənbə axşamı səhər Qahirəyə gedəcək\" deyə bildirib.
 
Ənsari qeyd edib ki, onlar danışıqların dərhal başlayacaq daimi atəşkəslə nəticələnəcəyinə inanır.

Eləcə də məhbusların mübadiləsi və humanitar yardımın Qəzza zolağının bütün hissələrinə daxil olmasına icazə verilməsinə dair razılaşma əldə olunacağını deyib.
 
Gülay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla