AZ

BOKT "Effektinvest"in fəaliyyətinin nəticəsi çox effektlidir

Bank Olmayan Kredit Təşkilatı "Effektinvest" MMC 2023-cü ili 181 min 624 manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 2 min 864 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "Effektinvest"in xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 63 dəfədən çox artıb.

Marja.az Təşkilatın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "Effektinvest" MMC-nin faiz gəlirləri 2022-ci ildə 15 min 767 manat ikən, 2023-cü ildə 140 min 534 manata yüksəlib (9 dəfəyə yaxın artıb). Ötən il Təşkilat 267 min 79 manat digər gəlirlər də əldə edib (2022-ci ildə 52 min 114 manat).

2023-cü ildə "Effektinvest"in cəmi gəlirləri 407 min 614 manat təşkil edib (2022-ci ildə 67 min 909 manat).

Ötən il "Effektinvest" MMC-nin kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 28,4% artaraq 31 dekabr 2023-cü il tarixində 1 milyon 243 min manata çatıb.

Bank Olmayan Kredit Təşkilatı "Effektinvest" MMC-nin payçıları Köçərli Fərid Fəxrəddin oğlu (51%), Cavadov Şirin İlahəddin oğlu (47,50%) və Niftiyev Elçin Zülfüqar oğludur (1,50%).

Effektinvest BOKT gəlirmənfəətkredit

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla