AZ

Kilsədəki deşiklərin "sirri": məbədin divarından bu səs gəlirsə, orada qızıl gizlədilə bilər - video

Kilsədəki deşiklərin "sirri": məbədin divarından bu səs gəlirsə, orada qızıl gizlədilə bilər - video

Şəmkirin ucqar nöqtəsində əsrlərin sirrini gizlədən bir abidə var. Bu abidə haqqında çox az məlumat var. Abidə 16-17-ci əsrlərdə inşa olunub. Yeri isə çox gözəl seçilib. Çünki abidənin hər iki tərəfdən axan çayın mənzərəsi göz oxşayır.

Sonxeber.az xəbər verir ki, Aztv-nin çəkiliş qrupu sözügedən ərazidə olub. 16-17-ci əsrdə inşa edilmiş alban məbədi üzərində bir qutu qoyulub. Abidənin içərisində isə tarixi bir qəbir var. Bu məbədin hündürlüyü təqribən 8 metrə yaxındır. Daxilində isə ibadətə gələn insanları qarşılayan rahiblərin yeri əks olunub.

İnsanlar ibadət etdikcə rahiblər öz rituallarını həyata keçirirdilər. Abidəyə toxunan zaman boş səslər yaranır. Abidənin içərisində bir sıra yazılmış adlara rast gəlinir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, həmin abidənin içərisində bu adları yazan şəxslər tariximizə hörmətsizlik edirlər. Məbədin tikintisi həqiqətən möhtəşəm həyata keçirilib. Eynilə digər məbədlərimizdə olduğu kimi əsas sütunlar qoyulub.

Ətraflı Aztv-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla