AZ

Qızıl ucuzlaşır - İndiki vaxtda bu məhsula yatırım isə RİSKLİDİR - VİDEO

Qızıl ucuzlaşır - İndiki vaxtda bu məhsula yatırım isə RİSKLİDİR - VİDEO

Baha alanda, ucuz satırıq. Söhbət burada qızıldan gedir. Nəzərə alsaq ki, qızıl əşyaların alış və satış qiymətlərində böyük fərq olur. Bu zaman isə ağıllarda suallar yaranır. Qızıma yatırım etmək nə qədər qazanclıdır?

Qızıl qiymətinin dəyişdiyi bir dövrdə yatırımı qızıla edən hansı məhsullara üstünlük verməlidirlər? Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "Xəzər Xəbər" süjet hazırlayıb:

"Yatırım üçün ən yaxşı qızıl rus qızılıdır. Rus qızılını alanda xeyirdir. Rus qızılı 85-90 manatdan başlayır. Əlbəttə ki, modeldən asılıdır".

Satıcılar deyib ki, qızıl satılanda üzərindəki bər-bəzəyi və qaşı hesablanırsa, alınan zaman isə sadəcə olaraq qızılın çəkisi qiymətə vurulur. Bu da vətəndaşlar üçün itki sayılır:

"Əgər bu gün müştəri qızıl alırsa, gərək qaşsız modellərə üstünlük versin. Sabah ehtiyacı olan zaman satanda onun qaşında ziyan etməsin. Çünki bizdə malı Türkiyədən alanda qaşlı alırıq və satırıq. Əgər onu müştəri geri gətirib satırsa, onun qaşı çıxılır".

Satıcıların sözlərinə görə, son 1 həftədə qızılın satış qiyməti nisbətən aşağı düşüb:

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla