AZ

Bruno Fernandeşin karyerasında ilk

"Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Bruno Fernandeş Premyer Liqanın 36-cı turunda "Kristal Pelas"la oyun üçün komandasının heyətinə daxil edilməyib.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı portuqaliyalı zədə səbəbindən klub karyerasında ilk dəfə komandasının matçını buraxıb.

Fernandeş bu mövsüm bütün turnirlərdə 45 oyunda 15 qol vurub və 11 məhsuldar ötürmə edib.

Qeyd edək ki, görüş Mançester klubunun 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla