- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Rusiya Federasiyasının Tümen vilayətində 67 saylı məktəbin dəhliz və tualetlərində videomüşahidə kameralarının quraşdırılması valideynlərin ciddi etirazına səbəb olub.
KONKRET.az xəbər verir ki, məktəb direktoru avadanlığın təhlükəsizliyi təmin etmək məqsədilə yerləşdirdiyini desə də, valideynlər müşahidə kameralarının sökülməsini tələb ediblər.
“67 saylı məktəbin birinci korpusunda videomüşahidə kamerası quraşdırılıb. Bunun hansı əsasla edildiyi tam aydın deyil. Kamera uşaqlar üçün diskomfort yaradıb. Məktəbdə casuslar var, kameralar hansı ehtiyacdan qoyulub? Açıq qalan digər sual isə budur ki, həmin görüntülər hara təqdim olunur? – deyə valideynlərdən biri bildirib.
Natiq Səlim,
KONKRET.az
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.