AZ

Ölkədə bütün fəaliyyət proqramları Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılır - Rauf Səlimov

Bakı. Trend:

Ölkədə bütün fəaliyyət proqramları Dayanıqlı İnkişaf Məqsədləriilə uzlaşdırılır.

Trend xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü MilliHesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİMüzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxışedən Dövlət Statistika Komitəsinin sədrinin müavini RaufSəlimov
deyib.

Onun sözlərinə görə, ölkədə sosial rifah səviyyəsininyüksəldilməsi və məqsədlərə çatmaq üçün müxtəlif işlər görülür.

“Bu istiqamətdə statistik məlumatlar toplanılır, istifadəolunur. 2018-ci ildən başlayaraq DİM materialları nəşr olunmağabaşlayıb. Bu məqsədlə 2019-cu ildə xüsusi portal yaradıldı və buportal bugün də fəaliyyət göstərməkdədir”, - o deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatınadair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişafMəqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqukeçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla