AZ

30 il sonra şəxsiyyəti müəyyənləşdirilən şəhid dəfn olunur

Bakı. Trend:

Bu gün Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətimüəyyənləşdirilən Dadaşov Gülalı Məhəmməd oğlu Keşlə qəsəbəsindəkiŞəhidlər xiyabanında dəfn olunur.

Trend xəbərverir ki, Gülalı Dadaşov 1994-cü ilin yanvarın 1-də Füzuli rayonuƏbdürrəhmanlı kəndində itkin düşmüşdü.

Qeyd edək ki, bu gün dəfn olunacaq Birinci Qarabağ müharibəsindəitkin düşdüyü ehtimal edən G.Dadaşov, E.Qayımov, A.Səfərov Beyləqanrayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik"qəbiristanlığında naməlum şəhid kimi basıdırılmışdı.

Bundan başqa, V.Həsənovun qalıqları isə Xocavənd rayonununEdilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
47
Mənbələr
Şərh ()
Bağla