- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində ağac maşının üzərinə düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə mayın 5-də səhər saatlarında qeydə alınıb. Belə ki, ərazidə olan böyük ağac kökündən qoparaq yaxınlıqda park edilmiş 77-BE-384 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin üzərinə aşıb və onu yararsız vəziyyətə salıb.
Zərərçəkmişin sözlərinə görə, hadisə anidən baş verib. Xoşbəxtlikdən bu zaman avtomobildə və yaxınlıqda insan olmayıb.
Qeyd edək ki, qəzalı ağac Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən müdaxilə edilərək ərazidən götürülüb.
Nərmin
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.