AZ

“Azercell”-in illik ESG hesabatının təqdimat mərasimi keçirilib - FOTOLAR

Ölkənin ən böyük mobil operatoru olan “Azercell” “Davamlı bağlantı üçün dayanıqlı inkişaf: “Azercellin illik ESG hesabatının təqdimatı” mərasimi keçirib.

“AzPolitika” xəbər verir ki, media nümayəndələri üçün təşkil olunan tədbirdə “Azercell”-in dayanıqlılıq hesabatı ictimaiyyətə açıqlanıb.

Bu barədə Şirkətin Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva öz çıxışında bildirib ki, hesabat “Azercell”-in ətraf mühit, sosial və idarəetmə sahələrində fəaliyyətini əks etdirməklə bərabər operatoru tərəfdaşlara yeni perspektivdən tanıdır. Hesabat “Azercell”-in dövlət, cəmiyyət və ətraf mühit qarşısında daşıdığı məsuliyyəti bir daha vurğulayaraq sağlam və təhlükəsiz gələcək naminə üzərinə götürdüyü öhdəliklərin icrasını nümayiş edir. Ş. Əliyeva qeyd edib ki, Dayanıqlılıq strategiyası BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uzlaşır.

Hesabatın ekoloji komponentində günəş enerjisi ilə işləyən baza stansiyaları, tullantı, su və yanacaqdan istifadənin azaldılması səyləri, batareyaların təkrar emalı və səmərəli enerji İstehlakı vasitəsilə “karbon ayaq izi”ni azaltmaq səyləri öz əksini tapıb. Bu ilin sonuna kimi “Azercell Telekom”-un ölkə üzrə günəş enerjisi ilə çalışan 37 radio baza stansiyası istifadəyə verəcəyi vurğulanıb.

Ş. Əliyeva əlavə edib ki, “Azercell” ölkədə ən böyük elektrik enerjisi istehlakçılarından biridir:“Elektrik enejisindən səmərəli istifadə bizim əsas prioritetlərimizdən biridir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə bu məsələdə bizim xüsusilə diqqətimizdədir. Azercell ESG hesabatı hökumət, ictimaiyyət və müştərilər qarşısında ətraf mühit,sosial inkişaf və korporativ idarəetmə üzrə üzərimizə götürdüyümüz məsuliyyətimizi əhatə edir. O cümlədən, bu hesabat Azərbayvanın parlaq və sağlam gələcəyi üçün götürdüyümüz öhdəliklərin icrasını göstərir”.

Qeyd edək ki, ötən il "Azercell"in gəlirləri 570 milyon manata yaxın olub, bazar payı isə 48,2 % təşkil edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
4
Mənbələr
Şərh ()
Bağla