AZ

ABŞ-da müsəlman qadına hücum edən akademik barəsində istintaq başladılıb

ABŞ-da müsəlman qadına hücum edən akademik barəsində istintaq başladılıb

ABŞ-ın Arizona Universitetində müsəlman qadının yanına gedərək onu söyən akademik barəsində istintaq başladıldığı bildirilib.


Universitetdən verilən açıqlamada bildirilir ki, Arizona Universiteti doktor Conatan Yudelmana qarşı irəli sürülən ittihamlardan xəbərdardır və onları araşdırır.

Açıqlamada Yudelmanın məzuniyyətdə olduğu və istintaq yekunlaşana qədər məzuniyyətdə qalacağı qeyd edilib.

Xatırladaq ki, mayın 5-də Arizona Universitetinin qarşısında İsrail tərəfdarı olan nümayişdə qarşılaşdığı başı örtülü müsəlman qadına qarşı Yudelmanın açıqlamaları və aqressiv münasibəti lentə alınıb və video sosial mediada yayılaraq böyük əks-səda doğurub.

Videoda Yudelmanın aqressiv şəkildə "Mən sözün əsl mənasında burnunun altındayam" dediyi və qadına çox yaxınlaşaraq onu təhdid etdiyi görünür.

Müsəlman qadının “Sən mənim dini sərhədlərimə hörmətsizlik edirsən” deməsindən sonra isə Yudelman “Sən də mənim insanlıq hisslərimə hörmətsizlik edirsən” deyərək söyüş söyüb.

Müsəlman qadın polisə zəng edərək Yudelmanın nifrət cinayəti törətdiyini deyib.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla