AZ

“Ermənistanın ərazisi bu qədərdir” - Paşinyan

Ermənistanın təhlükəsizliyini yalnız sülh təmin edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, məqsədləri Gürcüstan və İranla qonşuluğun dərinləşdirilməsi və inkişafı, Türkiyə və Azərbaycanla düşmənçiliyin idarə olunması, azaldılması, sıfırlanması, regional nəqliyyatın inteqrasiyası, iqtisadi əlaqələrin qurulması, dərinləşdirilməsi və inkişafıdır.

Nikol Paşinyan qeyd edib ki, bütün bunlar və iqtisadi inkişaf üçün sülh lazımdır:

“Ermənistanın təhlükəsizliyini yalnız sülh təmin edə bilər. Sülh gündəmini Ermənistanın təhlükəsizliyini təmin etmək vasitəsi kimi qəbul etmişik və bunu təhlükəsizlik təminatı sistemi kimi həyata keçiririk. Tavuş vilayətində quraşdırılan sərhəd dirəkləri Ermənistanın təhlükəsizlik zəmanətlərinin sütunlarıdır. Biz bu sütunları yaxşılaşdırmaq üçün hər şeyi edəcəyik”.

Baş nazir slaydlarla Ermənistan Respublikasının nə, ərazisinin nə qədər, suverenliyin, müstəqilliyin nə demək olduğunu da göstərib. Paşinyan təkrar edib ki, o, “Ermənistan Respublikası” dedikdə 29 min 743 kvadrat kilometr ərazini nəzərdə tutur.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla