AZ

Arda Turanın gözü Dieqo Simeonenin yerindədir

“Eyüpspor” klubunun baş məşqçisi Arda Turan Dieqo Simeonenin yerinə göz dikib.

Məlumata görə, “Atletiko Madrid” klubunun keçmiş futbolçusu və hazırda “Eyüpspor” klubunun baş məşqçisi gələcəkdə “Atletiko Madrid” klubunu çalışdırmaq istədiyini deyib.

Arda Turan hazırda komandası ilə Türkiyə Super Liqasına yüksəldiyi üçün xoşbəxt olduğunu, amma gələcəkdə “Atletiko Madrid”i çalışdırmaq planının da olduğunu açıqlayıb.

Qeyd edək ki, Arda Turan dünyanın ən güclü baş məşqçiləri ilə mübarizə aparmaq istədiyi üçün “Atletiko Madrid” klubunu çalışdırmaq istəyir.

Mənbə: ensonhaber.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla