AZ

Paşinyan istefa verməli və... - ŞƏRT

Ermənistan parlamentinin spikeri Alen Simonyan müxalifətə “Əgər bizim növbədənkənar seçkilərə getməyimizi istəyirsinizsə, mandatlarınızı təhvil verin” deyə müraciət edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan müxalifətindən spikerin çağırışına cavab gəlib.

Parlamentdə “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan bunun üçün bir şərt irəli sürüb.

“Nikol Paşinyan baş nazirlikdən istefa verməli və seçkilərdə səsləri təmin etmək üçün inzibati resurslardan istifadə etməməlidir”, - deyə o bildirib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla