AZ

Əbdül Xalid: "Dərddən, problemdən 2 aya 23 kiloqram arıqladım" - VİDEO

Müğənni Əbdül Xalid yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "Duz & İstiot" proqramına qonaq olan ifaçı son zamanlar həddən artıq çəki atmasını başına gələn dərd və problemlər səbəbindən baş verdiyini bildirib.

Sənətçi 2 aya 23 kiloqram arıqladığını qeyd edib:

"Müəyyən dərd və problemlər oldu. Sonra gördüm ki, avtomobilim yoxdur, dağıdılıb. Biraz keçdi, atamın xəstəliyi, onu itirməyimin travması mənə çox pis təsir etdi. Zərbə bir-birinin ardınca gəldi. Bu zərbələrdən artıq o qədər yorulmuşdum ki, ruhumu Allaha həvalə etdim, dedim məsləhət sənindir.

Məni görənlər soruşurdular ki, sən necə arıqladın? Müğənnilərdən kimsə məndən soruşdu ki, arıqlamağının qaydasını mənə də de. Ona məsləhət görmədiyimi dedim. Bunlardan sonra 2 aya 23 kiloqram arıqladım".

Ətraflı videoda:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
7
Mənbələr
Şərh ()
Bağla