AZ

“Tavuş bölgəsindəki sərhəd dirəkləri təhlükəsizliyimizin təminatıdır”- PAŞİNYAN

Tavuş bölgəsindəki sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyinin təminatıdır.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiyası prosesini dəyərləndirərkən deyib.

“Bu gün Ermənistanda baş verənlər təhlükəsizlik zəmanətlərinin yaradılmasıdır, çünki əvvəlki təminatlar nəticə vermədi”, – Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, İrəvan ölkə tarixində ilk dəfə olaraq öz əli ilə və suveren qərarlarla təhlükəsizlik təminatları yaradır. Baş nazir əlavə edib ki, danışıqlar prosesi müharibəni mənasız və məntiqsiz edir. O, Bakı və İrəvanın Alma-Ata bəyannaməsini sərhədlərin delimitasiyası prinsipi kimi qəbul etdiyini deyib.

Hazırda Tavuşda 40 sərhəd dirəyi quraşdırılıb.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla