AZ

Prezident İlham Əliyev: Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Bakı. Trend:

Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azadedilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. AğdamınQərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindənicra ediləcək.

Trend xəbər verir ki, bufikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də SlovakiyanınBaş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib.

“Bu, da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizinsəmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azadedilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllışəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalımütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanlarısevindirəcək”, - deyə dövlətimizin başçısı bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
44
Mənbələr
Şərh ()
Bağla