AZ

Almaniyada xarici ticarət 22,3 milyard avro kəsir verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın xarici ticarətində 22,3 milyard avro kəsir yaranıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) mart ayı üzrə ölkənin xarici ticarət göstəricilərini açıqlayıb.

Məlumatlar göstərir ki, Almaniyada mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış ixracat mart ayında əvvəlki aya görə 0,9 faiz artaraq 134,1 milyard avroya çatıb.

Proqnozlar isə aylıq 0,4 faiz artım istiqamətində idi.

Qeyd edək ki, ixracın artması, ilk növbədə, ABŞ və Çinlə ticarətin güclü olması hesabına baş verib.

Almaniyanın ən əhəmiyyətli ticarət tərəfdaşı olan Çinə ixracat mart ayında əvvəlki ayla müqayisədə 3,7 faiz artaraq 8,3 milyard avroya çatıb. Çindən idxal isə 14,3 faiz artaraq 13,7 milyard avroya yüksəlib.

Almaniyanın Avropa İttifaqına üzv ölkələrə ixracı da mart ayında 0,5 faiz artaraq 73,3 milyard avroya çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla