AZ

Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama

Böyük Britaniya kralı III Çarlzın səhhəti ilə bağlı yenilənmiş məlumat verilib.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, icmalar Palatasının lideri Penny Mordaunt xərçəng xəstəsi olan kralın sağlamlıq vəziyyətindən danışaraq Kral Çarlzın özünü çox yaxşı hiss etdiyini və xərçəng diaqnozundan sonra ictimai tədbirlərə qayıtmaqdan çox məmnun olacağını bildirib.
 
"Düşünürəm ki, insanlar onun çox sakit olduğunu öyrəndikdə təəccüblənməyəcəklər. Onun da çox yaxşı yumor hissi var. Həmişə işlərin necə getdiyini soruşur, xüsusən də Parlamentdə müzakirə etdiyimiz məsələlər. O, insanlarla maraqlanır. O. işləməkdən həzz alır”, - İcmalar Palatasının lideri şərh edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla