AZ

Ruslan Lunyovdan 20-ci yer

Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda daha bir növdə təsnifat mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, kişilərin 25 m məsafədən tapança ilə atəş açma yarışında final mərhələsinin iştirakçıları müəyyənləşib.

Azərbaycan atıcıları iki gün davam edən təsnifat mərhələsini adlaya bilməyiblər. Ruslan Lunyov 577 xalla 20-ci, Cəfər Sultanlı 536 xalla 53-cü, İlham Qarayev 531 xalla 55-ci yeri tutub.

Qeyd edək ki, təsnifat mərhələsində 60 atıcı mübarizə aparıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
1
Mənbələr
Şərh ()
Bağla