AZ

Futbolçu baş məşqçisini təhqir edib: “Keçəl yumurtabaş”

Azarkeşlərini uğursuzluqlarla üzməkdə davam edən “Mançester Yunayted”in düşərgəsində növbəti qalmaqal baş verib.

İdman.biz xəbər verir ki, İngiltərə klubunun futbolçusu Antoni baş məşqçi Erik Ten Haqı təhqir edib.

Yarımmüdafiəçi komanda yoldaşları ilə yazışdığı vaxt niderlandlı mütəxəssisi “keçəl yumurtabaş” adlandırıb. Futbolçulardan biri yazışmanın şəklini çəkərək baş məşqçiyə çatdırıb.

Ten Haq Antoni ilə fərdi söhbət etməyi və onunla bağlı intizam xarakterli tədbirə əl atmağı planlaşdırır. Onun mövsümün son matçlarında heyətə daxil edilməyəcəyi gözlənilir.

Qeyd edək ki, Mançester klubu dünən “Kristal Pelas”a 0:4 hesabı ilə uduzub.

İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
2
Mənbələr
Şərh ()
Bağla