AZ

Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi

Dünyanın gec-tez bu mədəniyyəti mənimsəyəcəyi, bundan faydalanacağı şübhəsizdir!

 

Xəbər verdiyimiz kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan nəcib təkliflə çıxış edib. Təklif COP29 zamanı dünyanın hər yerində hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.

 

Azərbaycanın beynəlxalq COP29 tədbiri ilə bağlı irəli sürdüyü bu təklif bugünə kimi müşahidə edilməyən, təkrarlanmayan yeni əxlaqi-siyasi mədəniyyət nümunəsidir. Rəsmi Bakı bununla bütün dünyada beynəlxalq tədbir və konfranslara münasibətdə yeni bir baxışın, yeni bir fəlsəfənin əsasını qoydu. Çox güman ki, bundan sonra dünyanın harasında təşkil edilməsindən asılı olmayaraq beynəlxalq və ümumbəşəri əhəmiyyət kəsb edən tədbirlər zamanı planetimizdə müharibələrin müvəqqəti dayandırılması təklifi gündəmə gələcək, əksər dövlətlər bu təklifi yalnız siyasi deyil, həm də praktiki baxımdan dəstəkləyəcəklər. Və bu ənənə tarixdə Azərbaycan təcrübəsi kimi qalacaq!

 

Azərbaycanın müasir dünyamıza bəxş etdiyi bu böyük mədəniyyət, bu əvəzsiz irs əsrlər sonra da xalqımızın humanizmindən, nəcib ruhundan, bütün bəşəriyyətin gələcəyi üçün duyduğu məsuliyyət hissindən xəbər verəcək. Bu mədəniyyət, bu bəşəri töhfə bütün dünyaya göstəcərək ki, Azərbaycan xalqı hər zaman olduğu kimi bu gün də bəşər sivilizasiyasına yeni töhfələr verməyə qadirdir.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla