AZ

Kadırov: “Odessa və Xarkov bu ay tutulmalıdır“

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna ilə bağlı diqqət çəkən açıqlamalar Verib. O, Odessa və Xarkovun bu ay tutulmasının vacibliyini bəyan edib.  Bu barədə RİA Novosti məlumat yayıb.

 Kadırovun sözlərinə görə, Rusiya indi Ukrayna prezidenti Vladimir Zelenskinin “lazımi sənədləri” imzalamasına nail olmaq üçün ən yaxın əraziləri “ələ keçirməlidir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla