AZ

İşdən çıxarılan cərrah Apellyasiyanı da uddu – “İşə qayıtmağa hazırlaşıram, amma…”

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev Tibb mərkəzinin direktoru Fazil Alməmmədovu məhkəməyə verib.

Nərimanov Rayon Məhkəməsi həkimin xeyrinə qərar çıxarıb və direktoru cərimə edib.

Məsələ ilə bağlı həkim Bakupost.az –a açıqlama verib.

O, artıq Apellyasiya instansiyasını da qazandığını bildirib.


“Hakim Fuad Talışınskinin sədrliyi ilə məhkəmə birinci qərarı qüvvədə saxladı. Dövlətimizin qanunlarına güvənirdim. Hər iki tələbim təmin edildi. İndi görək F. Alməmmədov hansı maneəni yaradacaq? Mən 2017-ci ildən bəri çalışdığım xəstəxanaya qayıtmağa hazırlaşıram. Mayın sonu işə çıxmaq istəyirəm.

Mənim direktorla heç bir şəxsi qərəzliyim yoxdur. Amma o bütün həkimləri istismar etmək yolunu tutub. Həkimləri əzmək olmaz. Mən bilmirəm ki, onun mənlə problemi nədir. Dövlətin ali qurumunun verdiyi qərarlara riayət etmək istəmir? Sübut etdim ki, peşəmi şərəflə icra etmişəm və müharibədə can qoyan cərrahı 70Ç bəndi ilə işdən belə çıxarmaq hörmətsizlikdir”.

Aygün Musayeva
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla