AZ

"Səfiri Şuşaya Dövlət Departamenti göndərib" - Açıqlama

“Məlum olduğu kimi, mayın 6-da ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfər edib. Səfir Şuşa qalasını, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Vaqif məqbərəsini və Cıdır düzünü ziyarət edib. ABŞ səfirlərinin üç ildə imtina etdiyi Şuşa səfəri onların reallıqları qəbul etdiyini göstərir. Mark Libbinin Şuşaya səfərini Vaşinqtonun Azərbaycanla bağlı siyasətində müsbət dəyişiklik kimi qeyd etmək olar. Səfər Dövlət Departamentinin təlimatı ilə reallaşıb. Çünki ötən gün səfir işğaldan azad edilən ərazilərə getməməsini "şouda iştirak etməmək istəyi" ilə izah etmişdi”.



Bunu Bakupost.az -a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O vurğulayıb ki, görünür, səfirin açıqlaması Dövlət Departamenti ilə Azərbaycan arasında müəyyən narazılıq yaradıb. Artıq Vaşinqtonda Ermənistanın Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanıdığını, delimitasiya və demarkasiya prosesinin müsbət istiqamətdə getdiyini görürlər. Ermənistanda revanşistlər və müxalifətin Paşinyana təzyiqləri ABŞ-da diqqətlə izlənilir:

"ABŞ səfirinin Şuşaya səfərindən sonra növbəti istiqamət Xankəndi olacaq. Ölkəmizdəki diplomatik missiya nümayəndələrinin Xankəndi və Ağdərəyə səfərləri təşkil edilməlidir. İlk günlər bəzi səfirliklər bu səfrdən yayınsa da, bir müddətdən sonra Xankəndiyə də gedəcəklər. Necə ki, üç il yarımdan sonra ABŞ səfirlərinin Şuşa səfəri reallaşdı. ABŞ Ermənistanda revanşistlərə mesaj verdi ki, Vaşinqton Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyır”.




Sevinc,
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla