AZ

Taksi fəaliyəti üçün icazələrin verilməsinə başlanılıb

Bakı. Trend:

Artıq 600-dən çox sürücü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciətedərək taksi fəaliyyəti üçün icazələr əldə edib.

Bu barədə Trend-ə AYNA-danbildirilib.

Məlumata görə, uzun illərdən sonra taksi fəaliyyəti üçünicazələrin (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alınmasınabaşlanılıb.

İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA”informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektronqaydada həyata keçirilir. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxilolaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarısahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.Elektron sistem müvafiq dövlət orqanlarının informasiyasistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayıminimuma endirilib, digər dövlət orqanlarının informasiyasistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlısənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanıyaradılıb.

Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və yafərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifarişötürən taksi sifariş operatorları barəsində İnzibati XətalarMəcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirlərigörüləcək.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
29
Mənbələr
Şərh ()
Bağla