AZ

Dünyanın ən böyük neft şirkətinin mənfəəti 15% azaldı - HESABAT

Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nun bu ilin birinci rübündə xalis mənfəəti illik müqayisədə 14,5% azalaraq 27,2 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin rüblük hesabatında deyilir.

Məlumata görə, ötən ilin eyni rübündə şirkət 31,878 milyard dollar mənfəət əldə edib. Hesabat dövründə dünyanın ən böyük neft şirkətinin sərbəst pul axını 26,3% azalaraq 22,76 milyard dollar təşkil edib

Hesabat dövründə "Saudi Aramco"nun əsaslı xərcləri 28% artaraq 10,84 milyard dollara çatıb.

Bundan əlavə, "Saudi Aramco"nun birinci rüb üçün dividend ödənişləri 31,067 milyard dollar təşkil edəcək ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 62% çoxdur. Ümumilikdə şirkət bu il 124,3 milyard dollar məbləğində dividend ödəyə bilər.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla