AZ

"Boeing" 787 təyyarə ilə bağlı araşdırma aparacaq

Amerika təyyarə istehsalçısı "Boeing"in əksər işçiləri sənədləri saxtalaşdırmaqda ittiham olunur.

Bakıvaxtı.az "BBC"yə istinadən bildirir ki, bununla bağlı "Boeing 787" proqramının rəhbəri Skott Stoker işçilərə elektron məktub göndərib. 

Məktubda qeyd olunub ki, şirkətdəki bir neçə işçi tələb olunan testi həyata keçirmədiyi halda işi başa çatmış kimi qeyd etməklə, şirkət siyasətini pozub. 

"Federal Aviasiya Administrasiyası (FAA) işçilərin qeydləri saxtalaşdırıb-saxtalaşdırmaqlarını araşdıracaq. Araşdırmadan sonra müvafiq addımlar atılacaq. FAA araşdırmalar bitənə qədər ictimaiyyətin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri həyata keçirəcək". - məktubda vurğulanıb.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
12
Mənbələr
Şərh ()
Bağla