AZ

“Apple” loqotipində maraqlı dəyişiklik edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” qarşıdan gələn “Let Loose” təqdimatını elan etmək üçün loqotipində interaktiv dəyişiklik edib.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” bu gün keçiriləcək “Let Loose” tədbirini elan etmək üçün yeni loqotip nümunələri yaradıb.

Yeni qrafikdə “Apple Pencil” tutan əl göstərilir. Maraqlı tərəfi odur ki, istifadəçilər siçanı loqonun üzərinə çəkərək onu silə bilərlər.

İstifadəçilər hesab edirlər ki, yeni interaktiv loqo alt mətnə malikdir. Onların fikrincə, “Apple” bu silinəbilən loqosu olan “Apple Pencil”ı (üçüncü nəsil) nəzərdə tutur.

Qeyd edək ki, 2018-ci ildə buraxılan yüksək səviyyəli ikinci nəsil modelini əvəz edəcək yeni “Pencil” haqqında çox məlumat yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla