AZ

Erik ten Haq “Kristal Pelas”a biabırçı məğlubiyyətə aydınlıq gətirdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 36-cı turunda “Kristal Pelas”a səfər məğlubiyyətini (0:4) şərh edib.

Arena.az BBC-yə istinadən niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, layiqli məğlubiyyətdir. Oyun gözlədiyimiz kimi olmadı. Bazar günü vəziyyəti düzəltməliyik. Biz bu oyundan dərs alıb tərəqqi etməliyik. Bizi dəstəklədikləri üçün azarkeşlərə çox minnətdaram. Onlar da görürlər ki, bizim öz fəsadlarımız var. Biz birlikdə olmalıyıq. Azarkeşlər bizə belə böyük və inanılmaz dəstək verdilər”, deyə Erik ten Haq vurğulayıb.

“Mançester Yunayted” 35 oyundan 54 xalla Premyer Liqanın yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Kristal Pelas” isə 36 oyundan 43 xalla 14-cü pillədədir.

Premyer Liqanın zirvəsində 36 oyundan 83 xalla “Arsenal” şərti liderliyini sürdürür. 35 oyundan 82 xal toplamış “Mançester Siti” isə mükün lider qismində “topçular”ı 2-ci pillədən daban-daban təqib edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla