AZ

Ruben Amorim: “Mən “Sportinq”də qalacağam”

Lissabon “Sportinq”inin baş məşqçisi Ruben Amorim yaxın gələcəkdə Portuqaliya klubunun düşərgəsini tərk etməyəcəyini bildirib.

Arena.az ESPN portalına istinadən məlumat verir ki, portuqal mütəxəssis müvafiq qərarını “Sportinq”lə müqaviləsi olması ilə əsaslandırıb:

“Sportinq”də qalıram, müqaviləm var. Çempionatdakı qələbəni bütün azarkeşlərə həsr edirəm. İndi üçüncü çempionluq qənimətini də qazanmağa çalışacağıq”, deyə Amorim bildirib.

Xatırladaq ki, “Sportinq”ə uğurla rəhbərlik edən portuqal mütəxəssisin adı ətrafında cari mövsümün ikinci yarısından xeyli şayiələr dolaşır. Amormin adı “Liverpul”un mümkün baş məşqçisi kimi çəkilirdi. Bu yaxınlarda isə portuqal mütəxəssisin “Vest Hem”in fəal maraq dairəsinə düşüdüyü haqda məlumat yayılmışdı.

Ruben Amorim “Sportinq”i 2020-ci ilin mart ayından çalışdırır. Portuqal mütəxəssisin Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb.

Cari mövsümün Portuqaliya çempionluğunu erkən təmin etmiş “Sportinq” ölkə kubokunun finalında “Portu” ilə qarşılaşacaq.

Vurğulayaq ki, 39 yaşlı mütəxəssis Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla