AZ

Əfqanıstanda leysan yağışları 15 nəfərin ölümünə səbəb olub

Əfqanıstanın sel nəticəsində 8 nəfər həyatını itirib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Milli Fəlakət İdarəsi (ANDMA) məlumat yayıb.

Məlumata görə, sel nəticəsində 1142 hektar kənd təsərrüfatı sahəsi su altında qalıb, 11450 baş heyvan tələf olub.

Təbii fəlakət zamanı 189 ev tamamilə dağılıb.

Herat bölgəsinin sakinləri 30-a yaxın evin tamamilə dağıldığını, eyni ailədən 4 nəfərin həlak olduğunu bildiriblər.

Bundan başqa ölkənin Uruzqan əyalətində ildırım vurması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Əfqanıstanın Miqrasiya və Qaçqınlar Nazirliyi bir çox ailələrin təcili yardıma ehtiyacı olduğunu bildirib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla