AZ

Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 11 faizdən çox artıb

2024-cü ilin yanvar-aprel ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1,8 milyard manatdan çox olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 190,1 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 14 faiz artaraq 1,2 milyard manata yaxın olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 13,8 faiz artaraq 64,5 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1 faiz artıb və 48,9 milyon manata çatıb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 318,3 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,2 faiz artıb və 225,1 milyon manat olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
5
Mənbələr
Şərh ()
Bağla