AZ

Amsterdam Universitetində İsrailə etiraz aksiyası: 125 nəfər saxlanılıb

Hollandiyanın Amsterdam Universitetində Fələstinə dəstək nümayişləri keçirilib.

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən bildirir ki, etiraz aksiyasında Amsterdam Universiteti və Amsterdam Vrije Universitetinin tələbələri universitet rəhbərliyini İsraillə iqtisadi və akademik əməkdaşlığı dayandırmağa çağırıblar.

Məlumata görə, etirazlar zamanı polislə fəallar arasında dava düşüb. Hollandiya polisi Amsterdam Universitetində keçirilən etiraz aksiyasında asayişin pozulduğunu əsas gətirərək 125 nəfəri saxlayıb. Bundan başqa, polisin müşayiəti ilə universitetin şəhərciyində tələbələrin yaratdığı barrikadalar dağıdılıb.

Hadisədə xəsarət alan olmasa da, polisin müdaxiləsi tələbələrin sərt reaksiyasına səbəb olub.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla