AZ

PUTİN 5-Cİ DƏFƏ RƏSMİ OLARAQ KÜRSÜYƏ QALXDI - 2030-CU İLƏDƏK

Vladimir Putin beşinci dəfə rəsmən Rusiya Federasiyasının prezidenti vəzifəsinin icrasına başlayıb.

TEZADLAR.AZ xəbər verir ki, Putin bu gün – mayın 7-də Kremldə keçirilən andiçmə mərasimində növbəti 6 ildə - 2030-cu ilə qədər ona müvafiq səlahiyyətlər və yenidən seçilmək imkanı verən ölkə Konstitusiyasına Rusiya Prezidenti kimi and içib.

Andiçmənin mətnində deyilir:

"Rusiya Federasiyası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən, insan və vətəndaşın hüquq və azadlıqlarına hörmət etməyə və qorumağa, Rusiya Federasiyasının Konstitusiyasına riayət etməyə və müdafiə etməyə, dövlətin suverenliyini və müstəqilliyini, təhlükəsizliyini və bütövlüyünü qorumağa, xalqa sədaqətlə xidmət etməyə and içirəm”.

Putin bu sözləri deyərkən, sağ əlini  prezidentin etalon və işarəsi ilə yanaşı, Rusiyada prezident hakimiyyətinin simvollarından biri olan Rusiya Federasiyası Konstitusiyasının rəsmi mətninin xüsusi hazırlanmış nüsxəsinin üzərinə qoyub.

 Bundan sonra Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin bəyan edib ki, Vladimir Putin rəsmi olaraq Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb.

 

JASMİN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla