AZ

BMT: İsrail beynəlxalq hüququn bütün normalarını pozub- ÖZƏL

"İsrail münaqişədə mülki şəxslərin təxliyəsi ilə bağlı əmrlərə aid olan beş beynəlxalq hüququn bütün qaydalarını pozub".

Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) mətbuat katibi Yens Laerke bildirib.

Beynəlxalq təşkilatın nümayəndəsi qeyd edib ki, münaqişəli vəziyyətlərdə mülki şəxslərin təxliyəsi beynəlxalq hüquq normaları ilə ciddi şəkildə tənzimlənir. İnsanlara əvvəlcədən xəbərdarlıq edilir, evakuasiya yolları təhlükəsiz, hərəkət zonaları təhlükəsiz olmalıdır. Bu ərazilərdə qaçqınların yerləşdirilməsi üçün infrastruktur olmalıdır. Və nəhayət, mülki vətəndaşlar geri qayıda bilməlidir. Yens Laerke vurğulayıb ki, İsrail bu beş müddəadan heç birinə əməl etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla